\
29 Mart 2024 - Cümə

EMİN Mediapress.az üçün danışdı - EKSKLÜZİV - "Əli ilə Mikayıl da bu festivalın düşkünü olublar"

EMİN Mediapress.az üçün danışdı - EKSKLÜZİV - "Əli ilə Mikayıl da bu festivalın düşkünü olublar"
63185baxış

Hər il Bakıda keçirilən möhtəşəm "Jara" musiqi festivalının 4-cü - sonuncu günü keçirildi. Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

EMİN "Jara" ilə bağlı Mediapress.az-a eksklüziv açıqlama verdi:

- Hər il olduğu kimi bu il də Bakıya yığışdıq. Artıq bilirsiniz, bu festival ən-ənəvi şəkil alıb. Həmçinin dost-tanışlarımızla, qohumlarla, yerlilərimlə bir araya gəlmək üçün fürsətdir. Əli ilə Mikayıl da bu festivalın düşkünü olublar. İlboyu "Jara"nı gözləyib, festival üçün xüsusi hazırlaşıblar. Konsertdə iştirak edən hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm. Bu alqışlar, bu iştirak mənim həyatım, karyeram, yaradıcılığım üçün böyük önəm daşıyır. Gələn il "Jara"ya təkcə Rusiya ulduzları deyil, Türkiyə və əcnəbi ulduzları da dəvət etməyi düşünürük. Bir daha təşəkkürlər!

Hazırladı: Könül AYPARA

Xüsusi olaraq Mediapress.az üçün