\
26 Aprel 2024 - Cümə

Məşhur KVN-çinin olduğu maşın qəza törətdi: Qarabağ əlili öldü (YENİLƏNİB/VİDEO)

Məşhur KVN-çinin olduğu maşın qəza törətdi: Qarabağ əlili öldü (YENİLƏNİB/VİDEO)
1060baxış
Xəbər verdiyimiz kimi, ötən gecə Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. Bakı-Sumqayıt şossesinin Yasamal rayonu ərazisinə düşən hissəsində Bəşirov Mirzə İlqar oğlu idarə etdiyi "Silverado" markalı minik avtomobili ilə sürət həddi saatda 90 km. olan zaman onun qabağına qəfil piyada çıxıb. Nəticədə M.Bəşirov piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Qarabağ əlili, 1975-ci il təvəllüdlü Məmmədov Azər Vaqif oğlunu vurub. A.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Əraziyə DYP əməkdaşları cəlb olunub, sürücü saxlanılıb.
 
Qəza törədən maşında "Parni iz Baku" KVN komandasının üzvü, "Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub. O, hadisədən sonra APA-nın əməkdaşı üçün danışıb, amma agentlik onun görüntülərini səssiz olaraq yayıb. 
 
Faktla bağlı araşdırma aparılır.
 
 
 
10.26
Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Mediapress.az baku.ws-ə istinadən xəbər verir ki, "Ford” markalı avtomobil piyadanı vurub.
 
Belə ki, meşşan həyatı keçirən kişi yüksək sürətlə hərəkət edən maşının qabağına çıxıb. Nəticədə maşın onu vurub. Piyada hadisə yerində ölüb.
 
Hadisə şahidləri bildiriblər ki, həmin maşında "Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.