\
23 Oktyabr 2019 - Çərşənbə

"Luxury Awards-2019" mükafatlandırma mərasimi keçirilib - FOTOLAR

"Luxury Awards-2019" mükafatlandırma mərasimi keçirilib - FOTOLAR
1203baxış

Paytaxt Bakıda "Luxury Awards-2019" mükafatlandırma mərasimi keçirilib. 

Mediapress.az xəbər verir ki, mükafatlandırma müxtəlif sahələrdə karyerasında uğur qazanan şəxslərin və fəaliyyət göstərdiyi sahədə ən yüksəsk nailiyyətlərə imza atan şirkətləri əhatə edib. Dünyanın müxtəlif ölkələrində keçirilən "Luxury Awards" mükafatlandırma mərasimi Bakıda ikinci dəfədir ki, təşkil olunur. Gecədə müxtəlif sahələrdə mədəniyyət və incəsənət, dəb, elm, idman, biznes, media, və tibb sahəsində uğur qazanmış şəxslərə və şirkətlərə mükafatlar təqdim olunub.
"Azad Azərbaycan" Tele-Radio yayım şirkəti də İlin Ən Yaxşı televiziya kanalı nominasiyaına layiq görülüb. Layihənin təşkilatçısı Aqil Məmiyevin sözlərinə görə, mərasimin keçirilməsində məqsəd ölkənin ən uğurlu insanlarını, ən öndə olan şirkətləri ictimaiyyətə təqdim etmək, onların il ərzindəki fəaliyyətini qiymətləndirmək və qarşıdakı illərdə onlara motivasiya verməkdir. 
70-dən çox nominantın iştirak etdiyi tədbirdə Birləmiş Ərəb Əmirliklərinin olkəmizdəki səfiri Muhəmməd Al Qubaisi və Mərakeş Krallığının ölkəmizdəki səfiri Adil Embarş da iştirak edib. 
Tədbir bitdikdən sonra mükafatçılar "Buddha Bar Beach"də after partydə iştirak ediblər.