\
25 Aprel 2024 - Cümə axşamı

"Lido" restoranında müğənni Kərim döyülüb?! - EKSKLÜZİV

"Lido" restoranında müğənni Kərim döyülüb?! - EKSKLÜZİV
1800baxış

Avqust ayının 11-də Bakıdakı "Lido" restoranında keçirilən şou-proqram zamanı kütləvi dava düşüb. Davaya səbəb pərəstişkarının müğənni Kərim Abbasovla şəkil çəkdirmək istəyi olub. Lakin müğənni pərəstişkarını kənara itələyib. Bu kobudluq da azyaşlının yaxınlarının qəzəbinə səbəb olub.

Hadisə yerində olan şahidlərin Mediapress.az-a verdiyi məlumata görə, müğənni Kərim Abbasov və əhatəsi ilə restorana dincəlməyə gələn qonaqlar arasında əlbəyaxa dava düşüb. 

Hadisə ilə bağlı K.Abbasovun prodüsseri ilə əlaqə saxladıq. O, belə bir hadisənin baş vermədiyini bildirdi. 

Həmçinin "Lido" restoranının adminstratoru Ceyhun bəy də hadisəni inadla dandı: "Bləl bir hadisə baş versəydi, ya qonaqlardan kimsə şikayət edərdi, ya da Kərim müəllim. Amma heç bir şikayət olunmayıb". 

Bütün bunlara baxmayaraq, çoxsaylı şahidlər kütləvi davanın baş verdiyini təsdiqləyirlər. 

P.S. Qarşı tərəflərin fikirlərini də dərc etməyə hazırıq. 

Günel Aylin