\
19 Aprel 2024 - Cümə

Şəkilləri yayılan cütlük: "Bir ildir ki, münasibətimiz var..." - FOTOLAR

Şəkilləri yayılan cütlük: "Bir ildir ki, münasibətimiz var..." - FOTOLAR
2022baxış
Mediapress.az xəbər verir ki, sosial şəbəkələrdə gənc aktrisa Asya Atakişiyevanın cavan oğlanla görüntüləri yayılaraq, geniş müzakirələrə çevrilib.
Bir neçə saytlarda gün ərzində “Azərbaycanlı aktrisa gənc oğlanla görüntüləndi" başlıqlı yazılar dərc olunub.
Araşdırmalar zamanı məlum olub ki, Asyanın yanında görüntülənən gənc Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Əmrah Dadaşovdır. Mövzu ilə bağlı Ə.Dadaşov və A. Atakişiyeva ictimaiyyətə açıqlama yayıblar:
"Hörmətli media nümayəndələri, belə bəsit hərəkətlərə ehtiyac yoxdur. Burda qəbahət heç nə yoxdur. Şəxsi həyatı ictimailəşdirmək düzgün deyil. Biz şəxsi həyatımız haqqında danışmağı sevmirik. Hər halda, münasibətimiz rəsmiləşəndən sonra bilinməsi daha doğru olar. 1 ildir ki, münasibətimiz var və inşallah yaxın zamanda rəsmiləşəcək və ondan sonra hamı biləcək idi."4
 
Turan Etibaroğlu