\
20 Aprel 2024 - Şənbə

Cavan Zeynallının ölüm xəbəri yayıldı - Açıqlama

Cavan Zeynallının ölüm xəbəri yayıldı - Açıqlama
1842baxış

Səhər 06:00-da dostum, cazmen Tofiq zəng edib ki, "Cavan, ölməmisən?" Eşidəndə şok oldum.

Bu sözləri Kult.az-a bu gün ölüm xəbəri yayılan xalq artisti Cavan Zeynallı deyib.

"Şükürlər olsun ki, səhhətim nomaldır. Bu xəbəri eşidəndə isə daha yaxşı oldum. Kim yayır axı? Məqsədləri nədir? Ayıbdır vallah!

Həmişə demişəm, iblislərdən qorxmaq lazımdır. İnanın, bu xəbərlər yayıldıqca, mənə daha çox güc gəlir, daha gümrah oluram. Nə qədər ki, güclüyəm, onlar da məndən qorxacaq. Unutmasınlar ki, Cavan hələ çox yaşayacaq", - xalq artisti bildirib.