\
25 Aprel 2024 - Cümə axşamı

İş adamıyla ailə quran müğənni Azərbaycandan getdi (FOTO)

İş adamıyla ailə quran müğənni Azərbaycandan getdi (FOTO)
1806baxış
Ötən ay toyu olan "Səs Azərbaycan” layihəsinin qalibi Emiliya Yaqubova Bakıdan köçüb.
 
Mediapress.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün Azərbaycanı tərk edib.
Sənətçi bundan sonra Londonda yaşayacaq.
 
"Etirafım var hər birinizə - ailəmə, yaxınlarıma, əzizlərimə, dostlarıma - hər birinizi bütün qəlbimlə sevirəm! Çox sağ olun ki, varsınız! Sizin üçün çox darıxacam” deyə, o, sosial şəbəkədə yazıb.
 
Qeyd edək ki, E. Yaqubova Tamerlan adlı iş adamı ilə ailə qurub.