\
19 Aprel 2024 - Cümə

"Belə qərara gəldim ki, Bakıda özümə bir ev alım, bəsdir daha otellərdə qalmağım..." - Kibariyə

"Belə qərara gəldim ki, Bakıda özümə bir ev alım, bəsdir daha otellərdə qalmağım..." - Kibariyə
1702baxış
Türkiyənin tanınmış sənətçisi Kibariyə Moderator.az-ın əməkdaşına müsahibə verib:
 
- Kibariyə xanım, tez-tez Bakıya gəlirsiniz. Yalnız konsert proqramlarından ibarətdir bu səfərləriniz? Yoxsa necə? 
 
- Bakını, Azərbaycanı çox sevirəm. Məni sizə bağlayan sehirli bir qüvvə var. Neynirəm o malı-mülkü, var-dövləti ki, dostu-tanışı ki, mutsuzam. Mən Bakıya gələrkən özümü çox rahat hiss edirəm. Elə bil heç başqa ölkədən gəlməmişəm. Mən Bakıya tez-tez gəlib-gedirəm deyə, artıq bütün mətbəxinizi, adət-ənələrinizi mənimsəmişəm. Çox götür-qoy etdim, sonda belə qərara gəldim ki, Bakıda özümə bir ev alım. Bəsdir daha otellərdə qalmağım. Niyə öz evim olmasın ki? Sənət yoldaşlarımın hamısının xarici ölkələrdə evləri var. Qoy mənimki də olsun. Artıq mənim də Bakıda evim var.  Bir neçə ay bundan əvvəl Bakıda ev almışam. 
 
 
- Nə vaxt köçmək fikriniz var? 
 
- Köçmək barədə hələ düşünmürəm. Çünki qızım var. İşim, gücüm Türkiyədədir. Qızım ərə gedəndən sonra gəlib Bakıda oturacağam (gülür). 
 
- Azərbaycanı çox sevdiyinizi deyirsiniz. Hansı mahnılarımızı dinləyir və hansı müğənnilərimizi tanıyırsıız? 
 
- “Bu qala daşlı qaya” mahnısı favoritimdir. Çox sevirəm. Müğənnilərdən Brilliant Dadaşova,  Nüşabə Ələsgərli, Azəri Günel, Aygün Kazımova, Rəşid Behbudov, Zeynəb Xanlarova. 
 
- Deyəsən, yeməklə aranız yaxşıdır. 
 
- (gülür) Kökəlməyə meyilliyəm. Diabetdən də əziyyət çəkirəm. Siz tərəflərə gələndə isə ümumiyyətlə, özümü saxlaya bilmirəm. Yağlı aş, kabab, düşbərə, qutab... Üstəgəl şirniyyatlar – paxlava, şəkərburanız çox dadlıdır. Bunlardan dadmamaq olmur. 
 
- Nə kimi yenilikləriniz var yeni sezonda? 
 
- Yeni mahnılarım, kliplərim olacaq. Bundan başqa, Tarkanla yeni duetimiz gözlənilir. 
 
- Seriallara dəvətlər alırsınız? Bir çox müğənnilər eyni zamanda da seriallara çəkilirlər. 
 
- Dəvət alıram, amma qəbul etmirəm. Çünki ailə qayğılarım da var. Çatdırmaq mümkün deyil. Gənc deyiləm əvvəlki kimi. İnsan iki əlində bir qarpız tutmalıdır. Bu misal sizlərdə də var. 
 
Könül Aypara