\
25 Aprel 2024 - Cümə axşamı

"Azərbaycanın madonnası" “Gece sosyetesi” jurnalının üz qabığında... - “Hətta ünlü sənətçi ilə duetimiz də gözlənilir!"

"Azərbaycanın madonnası" “Gece sosyetesi” jurnalının üz qabığında... - “Hətta ünlü sənətçi ilə duetimiz də gözlənilir!"
1788baxış
Azərbaycanın xalq artisti Aygün Kazımova Türkiyənin məşhur “Gece sosyetesi” jurnalının sentyabr buraxılışının üz qabığına çəkilib. 
 
“Azərbaycanın madonnası” başlıqlı sərlövhədə A.Kazımova haqda yüksək fikirlər yazılıb. Belə ki, jurnalda xalq artisti haqqında “azəri müğənnisi Aygün Kazımova Azərbaycanın divası hesab edilir. O, eyni zamanda da dövlət sənətçisidir. Dəfələrlə mükafatlar alan Aygün Kazımova ölkəmizdə də müxtəlif ödüllərə sahib olub. Bir çox dünya ünlüləri ilə duetlər ərsəyə gətirən Aygün Kazımova sənətindəki yenilikləri ilə hər zaman zirvədə qalmağı bacarıb” yazılan məqalə oxucuların diqqət mərkəzini çəkə bilib. 
 
Məlum hadisə ilə bağlı Moderator.az-a danışan xalq aristi, “Gece sosteyesi üçün xüsusi fotosessiya etdirdim. Yeni mövsüm üçün təkliflər çoxdur qardaş Türkiyəmiz tərəfindən. Dəyərləndirməyə çalışacağam. Yeniliklərim və sürprizlərim davam edəcək. Hətta bir tanınmış türk müğənnisi ilə duetimiz də gözlənilir”, - desə də, oxu atıb, yayı gizlətməyinin səbəbini bu cür açıqladı:
 
"Türkiyədə bir anlaşma etməmişdən əvvəl bu layihə haqda mediaya açıqlama vermək olmaz. Çünki öncədən bu barədə müəyyən qadağalar qoyulur". 
 
Hazırladı: Könül Aypara