\
17 Sentyabr 2019 - Çərşənbə axşamı

Flora Kərimova Sami Yusufun "Sığmazam" kompozisiyası ilə bağlı mövqeyini açıqladı - VİDEO

Flora Kərimova Sami Yusufun "Sığmazam" kompozisiyası ilə bağlı mövqeyini açıqladı - VİDEO
191baxış

Dahi şair Nəsiminin “Sığmazam” qəzəlinə Sami Yusufun ifasında hazırlanmış kompozisiya ətrafında söz-söhbət səngimək bilmir.

Moderator.az xəbər verir ki, bu dəfə xalq artisti Flora Kərimova da öz mövqeyini ortaya qoydu. O, Afət Fərmanqızının “Pənci şeş”ini deyil, S.Yusufun “Sığmazam”ını dəstəklədi:

“Vətəni, onun mədəniyyətini, ədəbiyyatını qəhrəmanını, keçmişini bu qürurlu Azərbaycanın hər bir övladı, hər bir vətəndaşı ürəyi ilə sevməli, ağılı ilə qorumalı və bunu özünə borc bilməlidir. Bir klassiki tərənnüm etmək üçün musiqimizin sütunları – muğam və aşıq musiqisinin həmrəy olması gərəkdir. Bu gənc Sami Yusuf və ona bu işdə dəstək olanlar bu işin öhdəsindən layiq ilə gələ bildilər. Dahi Nəsimiyə muğamımızla, sazın, tarın, kamanın dili ilə haray oldular, hörmət gətirdilər və dünyaya tanıtdırdılar ki, əsl Azərbaycan, əsl Azərbaycan mütəffəkkiri və musiqisi budur. Sami Yusuf, Samirə Əliyeva, Təyyar Bayramov, öpürəm sizləri, səsinizə qüvvət!”

Günel Ayxan

Mediapress.az