\
19 Mart 2024 - Çərşənbə axşamı

Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR

Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
1957baxış

Moderator.az xəbər verir ki, azərbaycanlı modellər Nigar Qədirli və Kənan Mehdi Rusiyanın paytaxtı Moskvada keçirilən "Moscow İnternational Fashion Fest"də podiuma çıxıblar. Türkiyəli dizayner Güler Baysalın kolleksiyasını nümayiş etdirən modellər festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıblar.  Belə ki, "Miss&Mr National Azerbaijan" gözəllik yarışmasının online səsverməsi zamanı qalib olan gənclər sözügedən festivalda iştirak şansı qazanıblar. 

Diqqət çəkən məqamlardan biri də Nigar Qədirlinin təqdim etdiyi gəlinlik libası olub. Həm görünüşü, həm də çəkisi ilə maraq obyekti olan geyimin çəkisi 40 kiloqramdan çox olsa da, model xanım podiumda məharətlə addımlayıb. 

Çıxışdan sonra müxtəlif ölkələrin nümayəndələri, moda biliciləri həmyerlilərimizlə tanış olub, xatirə fotosu çəkdirib. 

Onu da qeyd edək ki, sentyabrın 20-də final gecəsi keçiriləcək "Miss&Mr National Azerbaijan" müsabiqəsində iştirakçılar dizayner Güler Baysalın xüsusi olaraq hazırladığı çimərlik geyimlərini təqdim edəcəklər.

Könül