\
26 Aprel 2024 - Cümə

“Ailə dağıdan rolun öhdəsindən məharətlə gələ bilərəm” - - İvana Sert

“Ailə dağıdan rolun öhdəsindən məharətlə gələ bilərəm” - - İvana Sert
1795baxış
Türkiyənin məşhur stilisti İvana Sert Bakıya gəlib. 
 
Budəfəki səfərin məqsədi Dreamland Baku-da "Holiday Group" və "Led.Az Events" şirkətinin birgə təşkilatçılığı ilə paytaxtımızda ilk dəfə keçirilən möhtəşəm "Millionaire Estate Baku"nun qala gecəsinə qatılmaq olub. 
 
Moderator.az xəbər verir ki, İ.Sert stilistlikdən başqa müğənnilik də edir. 
“Özümü səhnədə də sınadım, pis alınmadı. Sözün düzü, korifey sənətçimiz Bülent Ersoydan xeyir-dua alıb oxumağa başladım. İçimdəki o istedadı hiss edirdim. İllərdir götür-qoy edirdim. Məndə bir istedad var, qəlbimdə qaynayır, coşub-daşır, deyirdim. Onu cəmiyyətə çatdırmaq lazımdır”, - deyə Moderator.az-ın əməkdaşına açıqlama verən Türkiyənin bir nömrəli stilisti, “əgər prodakşnlardan təklif gələrsə, seriallara da böyük məmnuniyyətlə çəkilmək istərdim. Özü də ailə dağıdan xanım rolunda. Mən ailə dağıdan rolun öhdəsindən məharətlə gələ biləcəyimə əminəm”, - deyə əlavə edib. 
 
Könül