\
20 Aprel 2024 - Şənbə

"5 günlük "Jara2020"də dünya məşhurları iştirak edəcək" - EMİN

"5 günlük "Jara2020"də dünya məşhurları iştirak edəcək" - EMİN
1650baxış

Azərbaycanın xalq artisti Emin Ağalarov “Jara 2020” festivalının anonsunu verdi.

Moderator.az xəbər verir ki, müğənni bir az öncə bu barədə İnstagram səhifəsində paylaşım edib:

“Artıq məkan - adəti üzrə “Sea Breeze” növbəti “Jara” festivalının möhtəşəm səhnəsi üçün hazırdır.  “Jara2020”nın təqdimetmə günləri bəlli oldu.  “Jara 2020” 29 iyuldan 2 avqusta kimi davam edəcək”.

E.Ağalarov “Jara2020” festivalının proqramı haqqında da izləyicilərinə məlumat verib:

“Proqram belədir:

1 gün – açılış olacaq.

2-ci gün Filip Kirkokorun yaradıcılıq konserti keçiriləcək, çoxsaylı meqa ulduz qonaqları iştirak edəcək.  

3-cü gün – Dima Malikovun yaradıcılıq konserti olacaq, çoxsaylı hitlər səslənəcək, müğənnilər iştirak edəcək.

4-cu gün –beynəlxalq gün olacaq, bütün dünyadan müğənnilər iştirak edəcək.

5-ci gün – festivalın bağlanışı olacaq.  

5 günlük “Jara”da 5 yaşlı “Jara” üçün gözləyirik sizi. Bu yubiley ilidir”.

Könül