\
19 Aprel 2024 - Cümə

Nura Surinin eks fırıldaqçı əri azadlığa buraxıldı

Nura Surinin eks fırıldaqçı əri azadlığa buraxıldı
1720baxış
Azərbaycanlı müğənni Nura Surinin keçmiş ərlərindən biri olan Tamerlan azadlığa buraxılıb. 
Moderator.az xəbər verir ki, Nuranın ikinci həyat yoldaşı olmuş Tamerlan imkanlı qadınlarla məqsədyönlü şəkildə ailə qurub, onları taladığına görə dəfələrlə həbs edilib. Sonuncu dəfə iki uşaq anası ilə evlənən dələduzun əməlləri üzə çıxıb və qadın onunla bağlı polisə şikayət edib. Beləcə, Tamerlan yenə də eyni maddə ilə dəmir barmaqlıqlar arxasına düşüb və dörd illik həbs cəzası bitməmiş, bu günlərdə amnistiyaya düşdüyündən azad edilib.  
 
Əldə etdiyimiz məlumata görə, illər öncə Nura Suri də “Tamik” kimi tanınan şəxsin toruna düşüb. Onunla ailə qurduqdan sonra müğənni hicaba keçib. Amma bu, evlilik uzun sürməyib. Bir-iki aydan sonra cütlük ayrılmağa qərar verib. Daha doğrusu, Nura Tamerlanın dələduz dəstənin üzvü olduğunu öyrənib. Hətta avtomobilinin ələ keçirildiyini görüb və yolun yarısından qayıtmağa üstünlük verib. 
İkinci əri Tamerlanla bağlı müsahibələrində N.Suri belə deyib: “Biz qadınlar boşanandan sonra qorxuruq ki, adımıza söz çıxar. Həmin dövrdə mən sənətə yeni gəlmişdim. O qədər söz-söhbətlər var idi ki. Bugünkü gündə nə danışsalar, vecimə deyil.  Onda mən buna hazır deyildim. Bu səbəbdən ailə qurdum. Bu da mənim ən böyük səhvim oldu. İndiyə qədər anlamıram ki, bunu niyə elədim. Mən bu adamı sevməmişəm. Heç bir ay sürmədi. Necə evləndik, elə də ayrıldıq. Çox gülünc bir şey idi. Yaxşı ki, mən bunu reklam eləmədim ki, mən ailə qurmuşam. Sonra yenidən sənətə qayıtdım.”