\
24 Aprel 2024 - Çərşənbə

“Miryusifə görə hədsiz sevinənlərdənəm” - Aygün Kazımova

“Miryusifə görə hədsiz sevinənlərdənəm” - Aygün Kazımova
1761baxış
Azərbaycanın xalq artisti Aygü Kazımova həmkarlarının fəxri adlara layiq görülməsi ilə bağlı Moderator.az-ın əməkdaşına açıqlama verib.
 
“Miriyusif mənim ən yaxın dostumdur. Onun xalq artisti adı almasına hədsiz sevinənlərdənəm. İlk təbrik edən də mən oldum. O, buna layiqdir. Miriyusif çox yaxşı insan və çətin günün dostudur”, - deyən Aygün Kazımova küsülü olduğu digər iki sənətçi - Röya Ayxan və Tünzalə Ağayeva ilə bağlı ətraflı danışmaq istəməsə də, onların da təltif olunmalarına sevindiyini bildirdi:
 
“Hər üç sənət yoldaşımı təbrik edirəm. Ümumiyyətlə, sənət aləmində gördüyün işlərin qiymətini alırsan. Kim ki, öz üzərində işləyir, gec-tez layiq olduğunu əldə edəcəkdir. Əsas can qoymağındır”.
 
 
Könül Aypara