\
29 Mart 2024 - Cümə

Bu gün Şəbnəm Tovuzlunun İstanbulda konserti var- VİDEO - VİDEO

Bu gün Şəbnəm Tovuzlunun İstanbulda konserti var- VİDEO - VİDEO
1763baxış
zərbaycanlı müğənni Şəbnəm Tovuzlu bu gün axşam saatlarında İstanbuldakı restoranların birində konsert proqramı ilə çıxış etməyə hazırlaşır. 
 
Moderator.az xəbər verir ki, xanım müğənni artıq iki gün əvvəl konserti ilə əlaqədar qardaş ölkəyə yola düşüb. Bu gün o, əvvəlcə telekanalların birinə açıqlama verəcək, daha sonra isə gözəllik salonuna gedəcək. 
 
“Məni bura prodakşn dəvət edib. Bildiyiniz kimi, “Qadasın alaram” mahnım Türkiyədə çox populyardır. Pərəstişkarlarımın xahişi ilə seçilmişəm və dəvət olunmuşam. Çox sevindirici haldır. Hazırda konsertə tam hazırıq. İki gündür məşqlər edirik. Beş-altı fonoqramla mahnı oxuyacam, qalanı hamısı canlı ifa olacaq”, - deyə açıqlama verən Şəbnəm Tovuzlu türk müğənnilərindən biri ilə mahnı ifa etmək istiqamətində işlərin getdiyini də bildirib.
 
Könül