\
29 Mart 2024 - Cümə

Röya BDU-da 100 illik yubiley münasibətilə konsert verdi - FOTOLAR

Röya BDU-da 100 illik yubiley münasibətilə konsert verdi - FOTOLAR
1745baxış

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində Xalq artisti Röya Ayxan və Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli universitetdə qonaq olub, konsert proqramı təqdim ediblər.

Mediapress.az xəbər verir ki, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan konsert proqramında qonaqları salamlayan rektor Elçin Babayev müğənni Röyanı Xalq artisti adına layiq görülməsi münasibətilə təbrik edib. Qonaqlar universitetin 100 illik yubileyi ərəfəsində konsertə dəvət olunduqları üçün universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Nailə Mirmmədlinin bəstələrini ifa edən estrada müğənnisi Röya tələbələrə xoş anlar yaşadıb.