\
25 Aprel 2024 - Cümə axşamı

Xatun şəhidin məzarı üstündə klip çəkdirib

Xatun şəhidin məzarı üstündə klip çəkdirib
1733baxış
Müğənni Xatun şəhid Ceyhun Orucəliyevin xatirəsinə “Can, şəhidim” adlı mahnıya klip çəkdirib.
 
Moderator.az xəbər verir ki, klip elə şəhidin məzarı üstündə lentə alınıb. “Sözləri və musiqisi dostum Samir Vidaya aiddir. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar bu vətən üçün can qoyublar, candan şirin nə var ki? Amma onlar bu şirinlikdən vaz keçiblər. Mən də bir müğənni kimi istədim ki, azca da olsa, şəhidlərimizin ruhunu xatırladım”, - deyə Moderator.az-a açıqlama verən Xatun rejissor Pənah Eldarın ərsəyə gətirəcəyi klipi tezliklə tamaşaçıların ixtiyarına buraxacağını bildirib.
 
Könül