\
26 Aprel 2024 - Cümə

“Terminator: Qara talelər” filmi möhtəşəm şou-proqramla təqdim olundu - VİDEO

“Terminator: Qara talelər” filmi möhtəşəm şou-proqramla təqdim olundu - VİDEO
1149baxış

Mediapress.az xəbər verir ki, dünən “Flame Towers İmax” zalında “Terminator: Qara talelər” filminin premyerası baş tutdu.

Sözügedən məkanın mətbuat xidmətinin rəhbəri Rüstəm Fətəliyev və Fərid Nəsirovun birgə əməyi nəticəsində yenə də möhtəşəm şou-proqram hazırlanmışdı. Belə ki, məşhur “Terminator” filminin əvvəlcə Hindistanda, sonra İsraeldə, ardınca isə Meksikada nümayiş olunduğunu aşılayan şouda “Sarı gəlin” musiqisi səsləndirildi. Və beləcə, bəlli oldu ki, film artıq Azərbaycan tamaşaçılarının ixtiyarına buraxılıb.

O ki qaldı filmə, hazırlanmasında James Cameronun iştirak etdiyi “Terminator: Qara talelər” klassik trilogiyaya son qoyacaq və yeni trilogiyanın yaranmasına imkan verəcək.

“Biz, Terminator və Terminator 2 filmlərindəki hadisələrin davamını çəkdik. Beləliklə, yerdə qalan filmlərin sadəcə olaraq qorxulu yuxu olduğunu hesaba alırıq,” – deyə James Cameron flm haqqında fikirlərini bölüşərkən bildirib.

Bu dəfə Cameron prodüsser rolunda çıxış edib. Filmin rejissoru isə “Deadpool”u çəkmiş Tim Millerdir. Artıq qocalmış Arnold Schwarzenegger və Linda Hamilton, T-800 və Sarah Connor rollarına geri qayıdacaqlar. Öncəki konsepsiyalarda Terminator obrazının cavanlaşdırılması ideyasından Cameron imtina edib və bu ideyanın çox axmaq olduğunu bildirib.

Sabahdan etibarən “Terminator: Qara talelər” filmi “Cinemaplus” efirlərində yayımlanacaq.

Hazırladı: Könül Aypara