\
15 Noyabr 2019 - Cümə

Azərbaycanlı model ilə Mustafa Sandalın “layihə”si...

Azərbaycanlı model ilə Mustafa Sandalın “layihə”si...
185baxış
2017-ci ildə Azərbaycanın ən gözəl qızı seçilən Raziyyat Əliyeva (o, həm də teleaparıcılıq edib) hazırda Türkiyədə yaşayır. 
 
Moderator.az xəbər verir ki, adını “Razi” edən azərbaycanlı model Türkiyənin tanınmış ulduzu Mustafa Sandalla fotosunu və birgə əyləndikləri videonu  İnstaqram hesabında paylaşıb. Şərh olaraq isə “Yeni layihələrlə” yazıb. 
 
Çox güman ki, Razi Əliyeva Mustafa Sandalın klipinə çəkilmək üçün təklif alıb. Amma restorandakı səmimi görüntüdən o da bəllidir ki, Razi ilə türk ulduzu heç də “layihə” üçün bir araya gəlməyiblər. 
 
Xatırladaq ki, bir neçə il öncə R.Əliyevanın məşhur “Banu”nun atası ilə sevgili olduğu deyilirdi. Hətta Banunun atası Muradın həyat yoldaşından ayrılmasına səbəb də məhz bu model olub. 
 
Könül