\
28 Mart 2024 - Cümə axşamı

“Danışsam, problemə çevriləcək, mən də əsəbiləşəcəm, ona görə də susmaq istəyirəm” - Yaqut Babayeva

“Danışsam, problemə çevriləcək, mən də əsəbiləşəcəm, ona görə də susmaq istəyirəm” - Yaqut Babayeva
1456baxış
Moderator.az-ın “Danışacaqlarım var” rubrikasının qonağı kimi görmək istədik onu. 
 
Amma qəmgin halda, “heç nə yazmayın... danışmaq istəmirəm... çox sağ olun zənginizə görə” kəlmələrini dilə gətirdi. 
 
Söhbət bir vaxtlar estaradada daha çox tanınan müğənni Yaqut Babayevadan gedir. 
 
“Yaradıcılığımda heç bir yenilik yoxdur, etmək də istəmirəm...”, - deyən müğənninin sənətdən uzaqlaşmaq istədiyini soruşsaq da, özü bunu dandı. 
 
“Bu haqda danışmaq istəmirəm... Danışsam, problemə çevriləcək, mən də əsəbiləşəcəm. Ona görə də susmaq istəyirəm” - deyə kövrək  səslə ürəyindən keçənləri dilə gətirməməyə çalışdı. 
 
Əlavə edək ki, Yaqut Babayeva uzun illər səhnədə fəaliyyət göstərsə də, hələ də fəxri adla təltif olunmayanlardandır. Və çox güman ki, məhz elə buna görə də bir kənara çəkilməyə üstünlük verib. İstənilən halda ölkə prezidentinə fəxri adların təqdimatını verən bəylər və xanımlar insafa gəlib bir zamanların sevilən sənətkarlarına tərəf də üz çevirsələr pis olmazdı...
 
Könül