\
26 Aprel 2024 - Cümə

Eldar Qasımov: “Biz heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürsünlər...” - VİDEO

Eldar Qasımov: “Biz heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürsünlər...” - VİDEO
1744baxış

“Eurovision-2011”in qalibi Eldar Qasımov mübariz, mənəvi və fiziki güclü olanlara mahnı ithaf edib.

Moderator.az xəbər verir ki, “Bax Uçuram” mahnısının musiqisi Ülviyyə Bəbirliyə, sözləri isə Nurlana Cəfərovaya aiddir. Aranjıman və Mix&Mastering Bəbir Bəbirliyə məxsusdur. Özəl fotoset Reno Ra tərəfindən edilib. Mahnı pop ballada janrında yazılıb. 

“Bu nəğmə - mənim yardım harayım, etirazım və çağırışımdır. Mən hər birimizin içində olan gücə inanıram. İnanıram ki, hər birimizin içindəki işıq yolumuzu aydınlatmalı və bizi arzularımıza aparmalıdır. Biz heç bir kəsə icazə verməməliyik ki, o işığı söndürüb, səmamızı ovucları ilə qaranlığa qərq etsin. Çünki biz hamımız uça bilməliyik. Qanadlarımızı səmaya açıb, yüksəkliklərə ucalmağı bacarmalıyıq”, - deyə Moderator.az-a açıqlama verən E.Qasımov bu mahnı ilə həyatdan əllərini üzən dinləyicilərini güclü olmağa çağıra biləcəyinə inandığını bildirib.

Könül