\
29 Mart 2024 - Cümə

Murad Dadaşovun obyektində ölüm hadisəsi baş verib - EKSKLÜZİV - FOTOLAR

Murad Dadaşovun obyektində ölüm hadisəsi baş verib - EKSKLÜZİV - FOTOLAR
1976baxış

Dünən xalq artisti, tanınmış şou-men Murad Dadaşova məxsus “Côte d`Azur” şirniyyat mağazasında ölüm hadisəsi qeydə alınıb.

Mediapress.az xəbər verir ki, hadisə axşam saatlarında baş verib.

Belə ki, 60-a yaxın yaşı olan qadın işçinin qəflətən ürəyi tutub. Həmkarları təcili yardıma zəng vurublar. Həkimlər özlərini yetirsələr də, şirniyyat mağazasının işçisinin həyatını xilas etmək mümkün olmayıb.

Məsələ ilə bağlı əks tərəfin mövqeyini də dinləməyə hazırıq.

Günel Ayxan