\
28 Mart 2024 - Cümə axşamı

Peter Bence Mediapress.az-ın sualını cavablandırdı - "Əsasən klassik mahnılardan bəhrələnirəm" - FOTOLAR

Peter Bence Mediapress.az-ın sualını cavablandırdı - "Əsasən klassik mahnılardan bəhrələnirəm" - FOTOLAR
1805baxış

Bu gün – 21 noyabrda Beynəlxalq Muğam Mərkəzində “Dünyanın ən sürətli pianoçusu” ləqəbi ilə tanınan  Peter Bence-in mətbuat konfansı keçirilib.

Gənc sənətçi media nümayəndələrinin suallarını ətraflı şəkildə cavablandırıb.

Qeyd edək ki, Ginnesin Rekordlar Kitabına düşən Peter Bencenin görüşünə tanınmış teleaparıcı Hacı Nuran da qatılıb. N.Hüseynov pianoçu ilə xatirə şəkli çəkdirdikdən sonra böyük məmnuniyyətlə onun konsertində iştirak edəcəyini vurğulayıb.

Konfrans zamanı pianoçu Mediapress.az-ın əməkdaşının, “koreyalı həmkarınız Yirumanı özünüzə rəqib görürsünüzmü? Ümumiyyətlə, onu dinləyirsinizmi?” sualına belə cavab verib:

“Mənim ümumiyyətlə, boş vaxtım olmur ki, kiminsə yaradıcılığını izləyim. Yalnız öz işlərimlə məşğul oluram. Çünki bilirsiniz, hər anımız çox önəmlidir. Mən əsasən klassik mahnılardan bəhrələnirəm və zamanım olduqca yalnız klassiklərə qulaq asıram. Yiruma istedadlıdır, ona da işlərində uğurlar arzulayıram”.

Xatırladaq ki, P.Bencenin Bakı konserti "MGM Production" tərəfindən təşkil olunub. Musiqiçi 22 noyabrda «Dünya Turu» çərçivəsində Bakı Konqres Mərkəzində çıxış edəcək. Gecənin xüsusi qonağı qismində isə Azərbaycanın Əməkdar artisti, tar ifaçısı Şəhriyar İmanovun çıxışı nəzərdə tutulub.

Hazırladı: Könül Aypara