\
20 Aprel 2024 - Şənbə

Cənab "Cəld Barmaqlar" "Sarı gəlin"i ifa etdi - Bakı Konqress Mərkəzində - VİDEO - FOTOLAR

Cənab "Cəld Barmaqlar" "Sarı gəlin"i ifa etdi - Bakı Konqress Mərkəzində - VİDEO - FOTOLAR
1799baxış

Dünən - 22 noyabrda Ginnesin Rekordlar Kitabına "Dünyanın ən sürətli pianoçusu" kimi düşən Peter Bence Bakı Konqress Mərkəzində "Awesome Piano" konserti ilə çıxış etdi.

Mediapress.az xəbər verir ki, B.Peter alqış sədaları ilə qarşılanıb. Özünəməxsus ifa tərzi ilə tamaşaçılarını ruhlandıran pianoçu tar ifaçısı, Əməkdar Artist Şəhriyarla birgə "Sarı gəlin"i də ifa edib.

Hər ifadan sonra alqışlanan gənc məşhur tez-tez Azərbaycan dilində təşəkkür etməyi unutmayıb. O, Azərbaycan mahnıları kimi milli mətbəximizi də çox bəyəndiyini vurğulayıb. "Dolmanı, qutabı çox sevdim", - deyən Bence ikinci dəfə Azərbaycanda olmasına baxmayaraq, yenə də Bakıya gələcəyinə söz verib. 

Qeyd edək ki, Peter Benceni dinləməyə gələnlər arasında "Lider TV"nin rəhbəri Etibar Babayevlə yanaşı bir sıra məşhurlar da olub.

Hazırladı: Könül Aypara