\
24 Aprel 2024 - Çərşənbə

Fədayə-Tacir duetinə start verildi?! - Tacir: "Kim nə deyir, kim nə yazır, kim nə pozur, fikir verməyin"

Fədayə-Tacir duetinə start verildi?! - Tacir: "Kim nə deyir, kim nə yazır, kim nə pozur, fikir verməyin"
1972baxış

Bu günlərdə həbsdən azadlığa çıxan Fədayə Laçın artıq iş başına keçib. 

Mediapress.az xəbər verir ki, müğənni xanım toylara aldığı dəvətləri dəyərləndirməyə başlayıb. Hətta dünən "Nicat" şadlıq sarayında keçirilən toy məclisində bir vaxtlar duet ortağı olan, aralarında eşq yaşanıldığı söylənilən, daha sonra qalmaqallı şəkildə duetə son qoyduğu tərəf müqabili Tacir Şahmalıoğlu ilə bərabər mahnı da ifa edib. 

Cütlük "Səni deyirlər" mahnısını duet şəklində ifa edib. Daha sonra isə oynaq mahnılardan ibarət popuri ilə qonaqları rəqsə dəvət ediblər.

Qeyd edək ki, Fədayə xanımdan fərqli olaraq, Tacir müəllim bu hadisəni sevinclə qarşılayıb. O, İnstaqram səhifəsində bu barədə açıqlama verməyi də unutmayıb:

"Kim nə deyir, kim nə yazır, kim nə pozur, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda "Nömrə1" duet ortağı olmuşuq və dünənki məclisimizdə gözəl bir duet alındı".

Günel Ayxan