\
20 Aprel 2024 - Şənbə

Məşhur repper Lizzo masaya çıxıb rəqs edərkən stol sındı - VİDEO - VİDEO

Məşhur repper Lizzo masaya çıxıb rəqs edərkən stol sındı - VİDEO - VİDEO
1741baxış
Tanınmış amerikalı reper Lizzo tədbirlərin birində masanın üstünə çıxıb rəqs etdiyi zaman stol sınıb.
 
Oxu.Az xəbər verir ki, 62-ci “Grammy” mükafatına 8 nominasiya üzrə namizəd olan xanım reper qırmızı çimərlik geyimi ilə tədbirlərin birində etdiyi hərəkətləri ilə diqqət mərkəzinə düşüb.
 
Masanın üstünə çıxıb rəqs etmək istəyən reper xanım istəyinə nail ola bilməyib. Belə ki, Lizzo rəqs etdiyi zaman stol sınıb. Yıxılan reper çətinliklə ayağa qalxa bilib.
 
Lizzo onu tənqid edənlərə cavab verib:
 
“Mənfi fikirləriniz məni deyil, sizi maraqlandırır. Mənasız fikir bildirən və tənqid edənlərin həyatımda yeri yoxdur”.
 
Qeyd edək ki, bir müddət əvvəl NBA-nın “Los Anceles Lakers” və “Minnesota Timbervolves” klubları arasındakı matçda reper Lizzo arxa hissəsi tamamilə açıq olan geyimi ilə də diqqətləri üzərinə çəkmişdi.