\
26 Aprel 2024 - Cümə

Vüsalə Əlizadənin izləyicisi onu qeyri-səmimilikdə ittiham etdi - "Ağzını bağlamağa çalışdığınız xalqın sayəsində varsınız" - FOTOLAR

Vüsalə Əlizadənin izləyicisi onu qeyri-səmimilikdə ittiham etdi - "Ağzını bağlamağa çalışdığınız xalqın sayəsində varsınız" - FOTOLAR
1732baxış

ATV-nin tanınmış simalarından olan, Yeni ilini BƏƏ-də keçirən teleaparıcı Vüsalə Əlizadə İnstaqram səhifəsində Xalq Artisti Murad Dadaşovu təbrik edib. 

Mediapress.az xəbər verir ki, V.Əlizadə şoumenin ATV-nin rəhbəri olması münasibətilə bağlı arzularını qeyd edib. Amma nədənsə şərh bölməsini bağlayıb. Növbəti fotosunun altında isə izləyicilərindən biri onun bu əməlini qeyri-səmimilik kimi qiymətləndirib:

"Artan izləyicilərə hörmət əlaməti olaraq bağlamısınız Muradla bağlı olan paylaşımlarınızın rəylərini. Deməli, sizlərə bu millətin ancaq xoş sözləri lazımdır. Tənqidlərə qapalısınız. Unutmayın, Murad sizin dostunuz, əziziniz ola bilər. Amma xalqın gözü tərəzidir. Ağzını bağlamağa çalışdığınız xalqın sayəsində varsınız. Əgər xoş sözlərimiz kimi tənqidlərimizi də qəbul etmirsinizsə, sizi izləməkdən imtina edirəm. Bunu da silərsiniz".

V.Əlizadə mümkün qədər vəziyyətdən çıxmağa çalışsa da, izləyicinin dediklənrindən son dərəcə pərt olduğu açıq-aydın bəllidir:

"Sözünüz var, həmin insanın özünə yazın, mənim vasitəmlə heç kimi təhqir edə bilməzsiniz. Buna icazə vermədiyim üçün bağladım və bu, mənim haqqımdır. Şəxsi səhifəmdir, hansısa internet səhifəsi və ya istintaq bürosu deyil! Mən hörmət etdiyim insanı, dostumu, tanışımı təbrik etmişəm, bunun heç kimə isti-soyuöu yoxdur!"

Günel Ayxan