\
26 Aprel 2024 - Cümə

Cem Yılmaz Azərbaycan qızını favorit seçdi - FOTO - VİDEO

Cem Yılmaz Azərbaycan qızını favorit seçdi - FOTO - VİDEO
1384baxış

Mediapress.az xəbər verir ki, Türkiyənin məşhur stendap ulduzu, aktyor Cem Yılmaz son paylaşımı ilə marağa səbəb olub.

Belə ki o, Twitter hesabında Azərbaycanın Türkiyədə məşhur gənc müğənnisi Nigar Muharremin “Yalnızlar şəhəri” mahnısını paylaşaraq bəyəndiyini bildirib.

Bundan öncə isə Nigar Muharremin digər “Həsrət nəğməsi” mahnısını “Kurtlar vadisi”nin Çakırı – Oktay Kaynarca da paylaşaraq, sənətinə eşq elan etmişdi.

Yeri gəlmişkən, Cem Yılmazın paylaşdığı “Yalnızlar şəhəri” mahnısının klipi hazırda Youtube-da 12 milyona yaxın baxış yığıb. Mahnının məşhur Spotify platformasından yükləmə sayı isə 2 milyondur.