\
26 Aprel 2024 - Cümə

Futbol üzrə Avstraliya çempionatı dayandırıldı

Futbol üzrə Avstraliya çempionatı dayandırıldı
1247baxış

Futbol üzrə Avstraliya çempionatı qeyri-müəyyən müddətə dayandırılıb.

"Report"un Avstraliya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna koronavirus pandemiyası səbəb olub. 

Ölkənin bir çox şəhərində karantin tətbiq olunub, insanların hərəkəti məhdudlaşdırılıb.

Məhz bunlara görə aprelin 22-dək çempionatın bütün oyunları təxirə salınıb.