\
2 Iyun 2020 - Çərşənbə axşamı

Olimpiadaların 2 qat iştirakçısı koronavirusdan öldü

Olimpiadaların 2 qat iştirakçısı koronavirusdan öldü
1979baxış

İtaliyalı keçmiş atlet Donato Sabia dünyasını dəyişib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, veteran idmançı 57 yaşında koronavirusdan ölüb. Onun atası da bu yaxınlarda eyni səbəbdən vəfat edib.

Qeyd edək ki, 1984 və 1988-ci il Yay Olimpiya Oyunlarında 800 metr məsafəyə qaçış yarışlarında finala yüksələn Donato Sabia müvafiq olaraq 5-ci və 7-ci yerləri tutub. Bundan başqa, o, 1984-cü il Avropa çempionatının qalibi olub.