\
29 Mart 2024 - Cümə

Cabir Əmirli "Neftçi"yə transfer edildi

Cabir Əmirli "Neftçi"yə transfer edildi
5630baxış

"Neftçi” 2020/2021 mövsümü üçün ilk transferini rəsmiləşdirib. 

Mediapress.az xəbər verir ki, Cabir Əmirli ilə 2 illik müqavilə bağlanıb. 

23 yaşlı müdafiəçi yeni komandanın heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu vaxta kimi "Keşlə"də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Cabir Əmirli U-21 Milli komandasında da çıxış edib.