\
29 Mart 2024 - Cümə

Azərbaycanlı azarkeşlərin nəzərinə: Stadiondan futbola baxmaq qadağan edildi

Azərbaycanlı azarkeşlərin nəzərinə: Stadiondan futbola baxmaq qadağan edildi
5990baxış
2020/2021 mövsümündə Azərbaycanın futbol azarkeşləri avrokuboklardakı matçları stadiondan izləyə bilməyəcək.
 
Mediapress.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin keçirilmiş iclasında qəbul olunub.
 
Qərara əsasən, avqustda başlayacaq növbəti mövsümdə UEFA bayrağı altında keçirilən yarışlar azarkeşsiz keçiriləcək. Bu qərar koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi halda, mövsümün gedişatında dəyişdirilə bilər.
 
Qeyd edək ki, yeni mövsümdə "Qarabağ” 18-19 avqustda Çempionlar Liqasında mübarizəyə başlayacaq. "Neftçi”, "Keşlə” və "Sumqayıt” isə Avropa Liqasında mübarizəyə avqustun 27-də qoşulacaq. Dörd komandamız müvafiq turnirlərin I təsnifat mərhələsində mübarizə aparacaq.
 
Çempionlar Liqasında matçlar pley-offadək, Avropa Liqasında isə qrup mərhələsinədək bir qarşılaşmadan ibarət olacaq.