\
29 Mart 2024 - Cümə

Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı

Azərbaycanın daha bir idmançısı dopinqə görə cəza aldı
6267baxış
Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən Mediapress.aaz-a  verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 
 
İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq. 
 
Qeyd edək ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb.