\
25 Sentyabr 2020 - Cümə

Azərbaycan Kipri yendi, de Byazi ilk zəfərini qazandı

Azərbaycan Kipri yendi, de Byazi ilk zəfərini qazandı
1868baxış
Bu gün UEFA Millətlər Liqasının II turunda millimiz Kiprin qonağı olub. 
 
Mediapress.az xəbər verir ki, görüş Bakı vaxtı ilə 22:45-də başlayıb. Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edib. C Liqasının 1-ci qrupunda yer alan və turnirə məğlubiyyətlə başlayan yığmaların duelindən təmsilçimiz qalib ayrılıb. Daha öncə doğma meydanda Monteneqroya 0:2 hesabıyla yenilən adalılar Azərbycana da minimal hesabla uduzub   Beləliklə, I turda Lüksemburqa 1:2 hesabı ilə məğlub olan yığmamız italiyalı çalışdırıcı Canni de Byazinin rəhbərliyi altında birinci qələbəsini qazanıb. 
 
UEFA Millətlər Liqası
C liqası, I qrup
8 sentyabr
 
Kipr - Azərbaycan 0:1
Qol: Maksim Medvedev, 29
Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka Nikosiya. GSP stadionu Kipr: 12. Çaralambos Kiriakides, 2. Andreas Karo, 5. Valentinos Sielis, 6. Çaris Kiriaku, 9. Dimitris Kristofi, 10. Pieros Sotirou, 13. Yannis Kusulos, 19. Konstantinos Laifis, 20. Qriqoris Kastanos, 21. Marinos Tzioni, 23. Yannis Pittas
Ehtiyat oyunçular: 1. Tasos Kissas, 22. Neofitos Mixael, 3. Kristos Veeler, 7. Giorqos Efrem, 8. Çaralampos Kiriaku, 11. Andreas Avraam, 14. Kipros Kristoforu, 15. Marios Elia, 16. Matiya Spolyariç, 18. Aleksander Qoqiç, 17. Laizos Laizu
Baş məşqçi: Yohan Valem
Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 19. Təmkin Xəlilzadə, 2. Qara Qarayev, 16. Elvin Camalov, 22. Rəhim Sadıxov, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 3. Şəhriyar Əliyev, 6. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Namiq Ələsgərov, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev
Baş məşqçi: Canni de Byazi
 
Xatırladaq ki, qrupun digər görüşündə Monteneqro Lüksemburqun qonağı olub və son dəqiqələrdə vurduğu qolla 3 xal qazanıb.