\
20 Aprel 2024 - Şənbə

Millimizin qapıçısı 3 həftə oynamayacaq

Millimizin qapıçısı 3 həftə oynamayacaq
1516baxış

"Sumqayıt" klubunun futbolçusu Mehdi Cənnətov 3 həftə müddətinə sıradan çıxıb.

Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin Mətbuat katibi Rəşad Məmmədov məlumat verib.

Onun sözlərinə görə, tibbi müayinə zamanı Azərbaycan millisinin qapıçısında əzələ dartılması aşkarlanıb.

Qeyd edək ki, Mehdi Cənnətov Premyer Liqanın II turunun "Neftçi" ilə səfər oyununda (2:0) zədələnib.