\
19 Mart 2024 - Çərşənbə axşamı

"Neftçi" - "Qalatasaray" oyununda TƏXRİBAT

"Neftçi" - "Qalatasaray" oyununda TƏXRİBAT
1523baxış
vropa Liqasının II mərhələsində Bakıda keçirilən "Neftçi" - "Qalatasaray" oyununda təxribat olub.
 
Matçın keçirildiyi Bakı Olimpiya Stadionunda oyundan əvvəl erməni musiqisi səsləndirilib. Dinləyənlər milli musiqi hesab etsələr də, əslində bu mahnının erməni bəstəkarının əsəri olduğu məlum olub.
 
 
Bir müddət əvvəl Azərbaycanda bu musiqi Fikrət Əmirovun əsəri kimi təqdim olunsa da, daha sonra bunun belə olmadığı aşkarlanmışdı.
 
Belə ki, 2017-ci ildə Azərbaycanda dərs ilinin başlanması ilə əlaqədar Masazırda yerləşən 3 saylı orta məktəbdə təşkil olunmuş tədbirdə şagirdlər sözügedən musiqi sədaları altında xüsusi rəqs kompozisiyası təqdim ediblər. Məktəb rəhbərliyinə etiraz edilməsi zamanı, mahnının Fikrət Əmirovun "Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub, lakin Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi və bəstəkarın oğlu Cəmil Əmirov, Fikrət Əmirovun belə bir əsərinin olmadığını və iddianın yalan olduğunu bildiriblər.
 
Bəs görəsən, indiyə qədər heç bir oyunda və stadionda səsləndirilməyən bu mahnı məhz Türkiyə klubu ilə qarşılaşmada kimin zövqü və tələbi ilə "playlist"ə əlavə olunub?
 
Düzdür, futbol siyasətə qarışmır deyilsə də, bu idman növü çoxdan siyasətə qarışıb. "Qarabağ"a qarşı beynəlxalq arenalarda baş verənlər buna sübutdu. Elə bu oyun da hər iki ölkənin rəhbərliyi səviyyəsində diqqətdə idi. Hətta, AFFA UEFA-dakı nüfuzundan istifadə edərək hər iki ölkənin liderlərinin qardaşlıq mesajlarını stadionda nümayiş etdirdi.
 
Son zamanlar iki qardaş ölkənin verdiyi siyasi mesajlar ölkə xaricində olduğu kimi, daxildə də bəzilərini narahat edir. Məhz bu səbəbdən bu olayın təxribat olmasına şübhə etmirik. İnanırıq ki, aidiyyatı qurumlar məsələnin əsl mahiyyətini üzə çıxaracaq və günahkarlar cəzalandırılacaq.
 
Digər üzücü məqam da odur ki, oyundan 4 gün keçməsinə baxmayaraq "Neftçi" tərəfi hələ də susur.
 
Səbəb və həqiqəti öyrənmək üçün "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyevlə danışdıq: "Stadionda səslənən "playlist"i biz verməmişik."Neftçi" yalnız komandalar çıxanda hansı musiqi verilməlidir, onu stadiona təqdim edib. Mən onu heç eşitməmişəm. Bizim uşaqların da xəbəri yoxdur. Çünki hamı iş başında idi"
 
Qeyd edək ki, musiqinin səslənmə anından videogörüntü var.
Məsələni diqqətdə saxlayacağıq.../Fanat.Az