\
28 Oktyabr 2020 - Çərşənbə

İtaliyada futbol hakimi qətlə yetirildi

İtaliyada futbol hakimi qətlə yetirildi
1657baxış

İtaliyada futbol hakimi Daniele De Santis öldürülüb. 

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, hadisə referinin Leççedəki mənzilində baş verib. 33 yaşlı hakim və 30 yaşlı sevgilisi Eleonoranın cəsədləri sentyabrın 21-i axşam saatlarında aşkarlanıb. 

Qonşular qətldən əvvəl De Santisin evində dava olduğunu və daha sonra cinayətkarların cütlüyü bıçaqladığını bildirib. Onlar bir nəfərin bıçaqla qaçdığını da söyləyiblər. 

Qeyd edək ki, Daniele De Santis İtaliya B və seriyalarında 130-dan çox matçın baş hakimi olub.