\
19 Aprel 2024 - Cümə

Beş güləşçimiz Moskva Qran-prisinə yollandı

Beş güləşçimiz Moskva Qran-prisinə yollandı
1757baxış

Azərbaycan güləşçiləri noyabrın 7-də Rusiyada start götürəcək Moskva Qran-prisinə yollanıb.

Federasiyadan verilən məlumata görə, iki gün davam edəcək yarışa sərbəst güləşçilərdən ibarət yığmanın Dağıstanda olan üzvləri qatılıb.

İslam Bazarqanov (57 kq), Davud İbrahimov (65 kq), Osman Nurməhəmmədov (86 kq), Şamil Zubairov (97 kq) və İslam Abıyev (125 kq) böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Yarışda beynəlxalq dərəcəli hakim Sədi Quliyev də ədaləti təmsil edəcək.

Qeyd edək ki, Qran-priyə sərbəst, yunan-Roma və çimərlik güləşi üzrə 9 ölkənin idmançıları qatılacaq.