\
18 Aprel 2024 - Cümə axşamı

Teymur Rəcəbov finalda Levon Aronyanı məğlub etdi - FOTO

Teymur Rəcəbov finalda Levon Aronyanı məğlub etdi - FOTO
1323baxış

Teymur Rəcəbovla Levon Aronyan arasında keçirilən “Airthings Masters” turnirində ikinci final oyununun üçüncü partiyası heç-heçə başa çatıb.

Bu nəticə qara fiqurlarla çıxış edən Azərbaycan şahmatçısını tam qane edib. Matçda hesab 2:1 Rəcəbovun xeyrinə olub və artıq dördüncü partiyanı keçirməyin heç bir mənası yoxdur, çünki hesab 2:2 olsa belə, yekun qələbə Teymurun olacaq. Xatırladaq ki, dünən qrossmeysterimiz Aronyanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Turnirin qalibi olan Teymur Rəcəbov 60 min dollar qazanıb və sentyabr ayında keçiriləcək Champions Chess Tour-un böyük finalına vəsiqə qazanıb.