\
19 Yanvar 2021 - Çərşənbə axşamı

"Müqəddəs Milad Bayramını Qarabağdakı erməni uşaqları il keçirəcəyəm" - Fransalı futbolçu Yuriy Corkayef

"Müqəddəs Milad Bayramını Qarabağdakı erməni uşaqları il keçirəcəyəm" - Fransalı futbolçu Yuriy Corkayef
1235baxış

Fransanın məşhur futbolçusu Yuriy Corkayef xristianların Müqəddəs Milad Bayramını Qarabağda yaşayan azyaşlı erməni uşaqları ilə keçirəcəyini bildirib. 

Mediapress.az Fransa mətbuatına istinadən xəbər verir ki, futbolçu, "bu, mənim üçün çox önəmlidir. Onların yanında olmaq, onları dəstəkləmək.... Uşaqlara sürprizlər də hazırlamışıq", - deyə bildirib. 

Fransa yığmasının keçmiş ulduzu Yuriy Corkayefin sözlərinə görə, Fransa ilə Ermənistanın hər zaman yaxşı münasibətləri olub. " Fransa hökuməti son iki ayda dəfələrlə Ermənistana humanitar yardım göndərib. Prezident Makron şəxsən məntiqcə köməklik edir. Mən dekabrda Ermənistanda olmuşdum. İndi Bayramla bağlı yenə qayıdacağam", - deyə əlavə edib.