\
19 Aprel 2024 - Cümə

AVRO 2022: Azərbaycan Afinada Yunanıstanı məğlub etdi

AVRO 2022: Azərbaycan Afinada Yunanıstanı məğlub etdi
1655baxış

Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.

Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Afinadakı Daiss İdman Sarayında Yunanıstanla üz-üzə gəlib.

Qarşılaşma millimizin qələbəsi ilə yekunlaşıb - 3:0.

İlk iki qol 2-ci dəqiqədə vurulub – Vassura və Eduardo Borges fərqləniblər. Üçüncü qolu isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub.

Qrupumuzun başqa matçında Slovakiya bu dəqiqələrdə Moldovanı qəbul edir.

Xatırladaq ki, ötən cümə günü Azərbaycan Slovakiyaya 4:1 hesabı ilə qalib gəlib.

Bugünkü qələbədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur.

Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək.