\
28 Fevral 2021 - Bazar günü

Teymur Rəcəbov Çempionlar Turunun üçüncü mərhələsində mübarizəyə start verəcək

Teymur Rəcəbov Çempionlar Turunun üçüncü mərhələsində mübarizəyə start verəcək
1038baxış

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov bu gün onlayn Çempionlar Turunun üçüncü mərhələsində mübarizəyə start verəcək.

Mediapress.az-ın məlumatına görə, T.Rəcəbov Matias Blübaum (Almaniya), Sem Şanklənd, Leynyer Dominqes (hər ikisi ABŞ), Yan-Kşıştof Duda (Polşa) və Aleksandr Qrişukun (Rusiya) müqavimətini qırmağa çalışacaq və 30 min dollar üçün mübarizə aparacaq. İlk qarşılaşmalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.