\
29 Mart 2024 - Cümə

Avropa çempionatı: Son 4 cüdoçumuz mübarizəyə başlayır

Avropa çempionatı: Son 4 cüdoçumuz mübarizəyə başlayır
1510baxış

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avropa çempionatının son yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq.

100 kq çəki dərəcəsindəki Zelim Kotsoyev və Elmar Qasımovun ilk görüşü 1/16 finala təsadüf edəcək. 100 kq-dan yuxarı kişi cüdoçu Uşangi Kokauri və yeganə qadın cüdoçu İrina Kindzerska yarışa 1/8 finaldan başlayacaq.

Avropa çempionatı

18 aprel

Kişilər

100 kq

1/16 final. Zelim Kotsoyev - Aaron Fara (Avstriya)

1/16 final. Elmar Qasımov - Toma Nikiforov (Belçika)

+100 kq

1/8 final. Uşangi Kokauri - Daniel Allerstorfer (Avstriya) / İvan Çoviç (Xorvatiya) cütünün qalibi

Qadınlar

+78 kq

1/8 final. İrina Kindzerska - Lea Fonteyn (Fransa)

Qeyd edək ki, hələlik Azərbaycan cüdoçularından yalnız Kəramət Hüseynov 60 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib.