\
28 Mart 2024 - Cümə axşamı

Rafael Ağayevin ayağı sındı: çempionatda iştirak etməyəcək - Foto

Rafael Ağayevin ayağı sındı: çempionatda iştirak etməyəcək - Foto
1874baxış

Karate üzrə Olimpiadanın gümüş mükafatçısı, beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

 
Mediapress.az Oxu.Az-a istinadla xəbər verir ki, tanınmış idmançımız fərdi şəkildə məşq edərkən sol ayağı burxularaq sınıb.
Bu səbəbdən də onun 16-21 noyabrda keçiriləcək dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
 
Rafael Ağayev bu ay Moskvada keçirilmiş Karate1 Premyer Liqa turnirinə də qatılmamışdı.