\
29 Mart 2024 - Cümə

Azərbaycan cüdoçusu Asiya Kubokunda qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Asiya Kubokunda qızıl medal qazanıb
1685baxış

Azərbaycan cüdoçusu Abil Yusubov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunun qalibi olub.

66 kq çəki dərəcəsində çıxış edən idmançı ilk olaraq yerli cüdoçu Oqabek Macitov, ardınca gürcüstanlı Nikoloz Tatrişvili, qazaxıstanlı Nurlubek Arqunbek və Zhalun Nurtaya qalib gəlməklə finala yüksəlib.

Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianini məğlub edib.

Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də finala yüksəlib. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla görüşəcək.