\
27 Aprel 2024 - Şənbə

Prosineçkini dəstəkləyən fanatlar yeni baş məşqçini mətbuat konfransından qovublar

Prosineçkini dəstəkləyən fanatlar yeni baş məşqçini mətbuat konfransından qovublar
1707baxış

Sloveniyanın "Olimpiya" (Lyublyana) klubunun azarkeşləri baş məşqçi Robert Prosineçkinin istefaya göndərilməsinə narazılıqlarını bildiriblər.

Bu səbəbdən fanatlar komandanın sükanı arxasına yenicə təyinat alan Albert Ryeranın təqdimatı üçün təşkil olunan mətbuat konfransına basqın ediblər.

Maskalı tərəfdarlar ispaniyalı mütəxəssisə hədə-qorxu gəliblər. Nəticədə o, konfrans zalını tərk etməli olub.

Qeyd edək ki, Sloveniya mətbuatı Robert Prosineçkinin rəhbərliklə fikir ayrılığına və içki aludəçisi olduğuna görə qovulduğunu yazıb.

53 yaşlı mütəxəssis 2014 - 2017-ci illərdə Azərbaycan milli komandasına rəhbərlik edib.