\
19 Aprel 2024 - Cümə

"Karapapak Fight club & Promotion"ın birinci vitse-prezident təyin edilib

"Karapapak Fight club & Promotion"ın birinci vitse-prezident təyin edilib
1559baxış

28 iyul 2022-ci il tarixində "Karapapak Fight club & Promotion"ın növbəti iclası keçirilib.

Mediapress.az-ın məlumatına görə, klub rəhbərliyinin qərarına əsasən tanınmış iş adamı Ruslan Xudaverdi oğlu Məmmədov "Karapapak Fight club & Promotion"ın birinci vitse-prezident vəzifəsinə təyin edilib.

Ruslan Məmmədov 8 yanvar 1988-ci ildə Almaniyanın Podstam şəhərində anadan olub. O, 2015-ci ildə öz geyim fabrikasını açaraq “Mario Russo” brendini yaradıb. Onun geyimləri dünyanin müxtəlif ölkələrində, eləcə də Azərbaycanda tanınır. Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, R.Məmmədov hər zaman idmançılara maddi və mənəvi dəstək göstərib