\
29 Mart 2024 - Cümə

"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı oyunu təxirə salınmayacaq

"Qarabağ"ın Azərbaycan Premyer Liqasındakı oyunu təxirə salınmayacaq
1535baxış

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında II turun "Sumqayıt"la səfər matçının təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət etməyəcək.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O bildirib ki, UEFA Çempionlar Liqasında Çexiyanın "Viktoriya" (Plzen) kollektivi ilə görüşlərlə əlaqədar Premyer Liqa qarşılaşmasını ertələtmək fikirləri yoxdur.

"Çıxıb çempionat matçımızı keçirəcəyik. Sonrasına isə baxarıq", - deyə Qurbanov əlavə edib.

Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"la oyununu avqustun 13-də "Kapital Bank Arena"da keçirəcək. Matç saat 18:20-də başlanacaq. "Viktoriya" ilə qarşılaşmalar isə 16/17 avqustda evdə, 23/24 avqustda səfərdə olacaq.