\
27 Aprel 2024 - Şənbə

Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Mahir Emrelinin komandasının oyununa təyinat alıb
1619baxış

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

"Report"un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" və Yunanıstanın PAOK komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, martın 7-də reallaşacaq "Dinamo" - PAOK qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Zaqreb təmsilçisində Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir.